Bakıda parkda ölüm hadisəsi olub.
Bakupost.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Əmircan qəsəbəsinin ərazisində yerləşən parkda baş verib.
Burada dincələn 69 yaşlı İsmayıl Dursun oğlu Mahmudov infarkt keçirərək dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.