Ru
20:23 / 11 Avqust 2025

Ərdoğan: Daim Azərbaycanın yanındayıq!

Ərdoğan: Daim Azərbaycanın yanındayıq!
Eye

Bölgəmizdə nəqliyyat-kommunikasiya xətlərinin, sərhədlərin açılması, ticarətin inkişafı bütün region ölkələrinin xeyrinə olacaq.

Bakupost.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycan Prezidenti İlham Əliyevlə şənbə günü danışdım. 30 illik işğaldan sonra Qarabağın azad edilməsi nəticəsində bölgədə yeni reallıq yaranmışdı. 8 avqust tarixində Vaşınqtonda verilən qərar Cənubi Qafqazda qalıcı sülhün bərqərar olmasına gedən tarixi bir yoldur.Azərbaycana yönələn məhdudiyyətlər gündəmdən düşəcək. Bütün bunlarla bağlı məmuniyyətimi İlham qazrdaşıma ifadə etdim. Türkiyə olaraq daim Azərbaycanın yanında olacağımızı bildirdim".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar