Ru
02:10 / 30 Yanvar 2026

Azərbaycanın ən gənc generalı

Azərbaycanın ən gənc generalı
Eye

Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin əməkdaşı Fuad Elxan oğlu Məmmədova general-mayor ali xüsusi rütbəsi verilib.


Bakupost.az xəbər verir ki, 34 yaşlı Fuad Məmmədov bu rütbəni alan Azərbaycanda ən gənc general olub.

Qeyd edək ki, Fuad Elxan oğlu Məmmədov uzun illər Dövlət Gömrük Komitəsi sistemində müxtəlif vəzifələrdə çalışıb. O, 2025-ci ilin mart ayında Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib. Gənc yaşda yüksək vəzifəyə yüksəlməsi onun kadr iyerarxiyasında sürətli irəliləyişi ilə seçildiyini göstərir.

Buna qədər ölkənin ən gənc generalları Babək Ələkbərov və Fərid Əliyev hesab olunurdu. Hər iki şəxsə general rütbəsi 36 yaşında verilmişdi və hazırda onların 39 yaşı var.

Beləliklə, Fuad Məmmədov həm rütbə, həm də yaş baxımından bu göstəricini yeniləyərək ölkə tarixində general-mayor ali xüsusi rütbəsi alan ən gənc şəxs kimi qeydə alınıb.

Son illər təhlükəsizlik və hüquq-mühafizə orqanlarında gənc kadrların irəli çəkilməsi dövlətin kadr siyasətində yeni tendensiya kimi dəyərləndirilir. Bu yanaşma peşəkarlıqla yanaşı, dinamika və yenilənməni də ön plana çıxarır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar