Ru
20:04 / 18 May 2026

Azərbaycanla imzalanan sənədlər bizim üçün mühümdür

Azərbaycanla imzalanan sənədlər bizim üçün mühümdür
Eye

Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında imzalanan sənədlər Gürcüstan üçün mühüm əhəmiyyətə malikdir.

Bakupost.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Hökumət başçısı bildirib ki, imzalanmış sənədlər iki ölkə arasındakı münasibətlərdə iqtisadi və enerji tərəfdaşlığının dərinləşməsi ilə bağlı mühüm bir mərhələdir.

Baş nazir deyib ki, Bakıda daha bir nühüm sənəd - “Bakı–Tiflis–Qars” yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda–Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu da imzalanıb.

“Bu sənəd nəqliyyat sahəsində əməkdaşlığın genişlənməsi, eləcə də beynəlxalq yük və sərnişindaşınmalarda mühüm rol oynacaq”, - deyə Kobaxidze vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar