Ru
16:44 / 04 Mart 2026

Azərbaycanlı deputata vəzifə verildi

Azərbaycanlı deputata vəzifə verildi
Eye

Milli Məclisin deputatı Səbinə Salmanova Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) Sosial məsələlər və humanitar siyasət komitəsinin sədr müavini seçilib.

Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, QDİƏT PA-nın Sosial məsələlər və humanitar siyasət komitəsinin Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən iclasında deputat Səbinə Salmanovanın qurumun adıçəkilən komitəsinin sədr müavini vəzifəsinə namizədliyi irəli sürülüb.

Toplantıda iştirak edən QDİƏT PA-nın Sosial məsələlər və humanitar siyasət komitəsinin üzvü olan ölkələrin parlamentariləri Azərbaycan nümayəndəsinin namizədliyini dəstəkləyərək, onu komitənin sədr müavini vəzifəsinə seçiblər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar