Ru
16:49 / 04 Mart 2026

Türkiyə İrana xəbərdarlıq etdi: Cavab veriləcək…

Türkiyə İrana xəbərdarlıq etdi: Cavab veriləcək…
Eye

Türkiyə İrandan atılan raketin vurulmasından sonra istənilən düşmənçilik hərəkətinə cavab verəcək.

Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, ölkəsi NATO ilə məsləhətləşmələri davam etdirəcək.

Xatırladaq ki, Türkiyənin hava məkanına yönələn ballistik raket vurulub. Türkiyənin Milli Müdafiə Nazirliyinin xəbərinə görə, İran ərazisindən atılan raket Suriyanın hava məkanında vurulub. İtki yoxdur.

Qeyd olunub ki, Aralıq dənizinin şərqində olan NATO qüvvələri tərəfindən vurulan raketin qalıqları Türkiyənin Hatay vilayətinin ərazisinə düşüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar