Ru
15:42 / 04 Mart 2026

İrandan Türkiyəyə ballistik raket atıldı – Havada zərərsizləşdirildi

İrandan Türkiyəyə ballistik raket atıldı – Havada zərərsizləşdirildi
Eye

Türkiyə hava məkanını pozan İran mənşəli ballistik raketin zərərsizləşdirildiyini açıqlayıb. Bu barədə Türkiyə Müdafiə Nazirliyi rəsmi bəyanat yayıb.

Bakupost.az xəbər verir ki, nazirliyin məlumatına görə, İrandan buraxılmış ballistik raket Türkiyə hava məkanını keçib. Raket Şərqi Aralıq dənizi bölgəsində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən aşkarlanaraq məhv edilib. Açıqlamada bildirilir ki, təhlükə uğurla müəyyən edilib və havada zərərsizləşdirilib.

Rəsmi məlumata əsasən, Hatay vilayətinin Dördyol rayonu ərazisinə düşən sursat qalıqları məhv edilən hədəfə deyil, onun vurulması üçün istifadə olunan hava hücumundan müdafiə sisteminə məxsus raket olub. Nazirlik vurğulayıb ki, hadisə nəticəsində ölən və ya yaralanan yoxdur.

Türkiyə tərəfi insidentin bütün detallarının araşdırıldığını və hava məkanının təhlükəsizliyinin tam nəzarət altında olduğunu bildirib. Rəsmi Ankara əlavə edib ki, ölkənin müdafiə sistemi NATO sistemləri ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir və mümkün təhdidlərə qarşı yüksək hazırlıq vəziyyətindədir.

Hadisə regionda artan hərbi gərginlik fonunda baş verib. İran tərəfindən buraxıldığı bildirilən ballistik raketin trayektoriyası və hədəfi ilə bağlı əlavə məlumat hələ açıqlanmayıb. Ankara isə bəyan edib ki, ölkə ərazisinə yönələn hər hansı təhlükəyə qarşı bütün zəruri tədbirlər görüləcək.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar