Ru
12:20 / 24 Sentyabr 2019

Azərbaycanlı jurnalist və xanəndə Almaniyada dünyanı barışa səsləyəcək

4580
Sentyabrın 28-də Almaniyanın Köln şəhərində Almaniya Ələvi Birlikləri Fedarasiyasının 30 illiyinə həsr olunmuş “Yol Bir Sürək Minbir” adlı tədbir keçiriləcək. Tədbirdə Almaniyada yaşayan azərbaycanlı jurnalist Tünzalə Rafiqqızı və tanınmış xanəndə Vüsalə Musayeva da iştirak edəcək.


Bu barədə BakuPost-a məlumat verən Tünzalə Rafiqqızı tədbirin bütün bəşəriyyəti barışa, sülhə səsləmək mahiyyəti daşıdığını bildirib. Tədbirdə dünyada həyata keçirilən qətliamlara və haqsızlıqlara qarşı etiraz olaraq çıraqlar yandırılacaq.

İnsanların dinindən, dilindən, irqindən asılı olmayaraq yalnız bir fikir ətrafında birləşdiyi bir tədbir olacağını bildirən T. Rafiqqızı qeyd edib ki: “Tədbirin təşkilatçılarından biri olan Necati Şahindən gələn təklif məni, həm çox həyəcanlandırdı, həm çox sevindirdi. O bildirdi ki, dünyada baş verən qətliamları bütün analar çıraq yandıraraq anacaqlar. Siz də 20-ci əsrin ən qorxunc qətliamı olan Xocalı qətliamı başda olmaqla, bütün Qafqazda baş verən haqsızlıqlara etiraz müraciətinizi bu vəzifəni boynunuza götürərək edəcəksiniz. Təbii ki, milyonların diqqətinin yönəldiyi belə bir tədbirdə olmaq mənim üçün böyük şərəf və məsuliyyətdir”.




Tədbirdə Azərbaycan musiqiləri və muğamlar səsləndirmək üçün dəvət olunan xanəndə Vüsalə Musayeva bildirib ki, belə böyük bir layihədə iştirak etmək bir məsuliyyətdir. Gecədə 1000 nəfərlik xor kopellası və orkestrinin müşaiyəti ilə Məhəmməd Füzulinin, Şah İsmail Xətainin, qəzəllərinə mahnılar səsləndiriləcək. Həmçinin Nəsiminin 650 illik yubileyi də diqqət mərkəzində olacaq. Vüsalə Musayevanın ifasında şairin "Sığmazam" qəzəlinə muğam səsləndiirləcək.



Bundan başqa tədbirdə “Yol Bir Sürek Minbir” barış simfoniyası səsləndiriləcək. Simfoniyanın bəstəkarı Avropada kifayət qədər tanınan türkiyəli bəstəkar Kamal Dinçdir.

Almaniya dövlətinin də marağında olan dövlət səviyyəli tədbirə Avropa və Türkiyədən tanınmış sənətçilərin, siyasətçilərin qatılacağı gözlənilir.
Qeyd edək ki, sözügedən tədbiri 15 min tamaşaçı canlı izləyəcək.





Günel Musa

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər