Ru
14:37 / 11 Avqust 2025

Azərbaycanlı sahibkarları "çimdikləyə" bilərik - Rus general

Azərbaycanlı sahibkarları "çimdikləyə" bilərik - Rus general
Eye

Kreml təbliğatçılarının Bakıya qarşı müharibə təhdidləri sırasına daha biri əlavə olunub. Bu dəfə oxşar təhdid Rusiya Dövlət Dumasından gəlib.

Bakupost.az -ın xarici KİV-ə istinadən xəbərinə görə, deputat-general Andrey Qurulev bildirib ki, Rusiya Azərbaycan mallarının idxalına qadağan qoya və bu ölkədəki azərbaycanlı sahibkarları "çimdikləyə" bilər.

O, həmçinin əlavə edib ki, "xüsusi hərbi əməliyyat anlayışı genişdir və Rusiyanın bütün sərhədləri boyunca tətbiq oluna bilər ”.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanla bağlı təhdidlər Kreml təbliğatçıları Vladimir Sоlovyev və Yuri Podolyak tərəfindən səsləndirilib.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar