Ru
14:16 / 28 İyul 2025

"Azercell Biznes” şirkətlər üçün yeni rəqəmsal həll təqdim edir

"Azercell Biznes” şirkətlər üçün yeni rəqəmsal həll təqdim edir
Eye

Bizneslərə daha effektiv və müasir müştəri xidmətləri göstərilməsi məqsədilə lider mobil operator “Müştəri Təcrübəsinin İdarə Edilməsi Platforması”nı istifadəyə verir.

Bakupost.az xəbər verir ki, yeni platforma müxtəlif rəqəmsal kanallar (“WhatsApp”, “Instagram”, “Facebook”, SMS, veb çat və s.) vasitəsilə daxil olan müştəri sorğularını vahid mərkəzdən idarə etməyə və operativ şəkildə cavablandırmağa imkan yaradır. Bu, bizneslə müştərilər arasında ünsiyyətin səmərəli, operativ və keyfiyyətli şəkildə aparılmasını təmin edir. Platforma eyni zamanda əvvəlki yazışmaları yadda saxlamaq, real vaxtda fərdi təkliflər hazırlamaq və rəqəmsal kampaniyaları avtomatlaşdırmaq kimi üstünlüklər təqdim edir.

Platformanın süni intellekt əsasında işləyən çatbotları tez-tez verilən suallara avtomatik cavab vermək, müştəri xidmətləri komandasının iş yükünü azaltmaq və 24/7 fasiləsiz dəstək göstərmək imkanına malikdir.

Platformanın avtomatlaşdırma alətləri bizneslərə kampaniyaların effektivliyini izləmək, müştərilərinə vaxtında və hədəfə uyğun təkliflər təqdim etmək və yeni effektiv strategiyalar hazırlamaq imkanı verir.

Yeni platforma “Salesforce”, “HubSpot” və s. kimi tanınmış CRM sistemləri ilə rahat inteqrasiya edilir. Sorğu və iş axınının effektiv idarə edilməsi, sürətli cavablama üçün hazır şablonların istifadəsi həllin daha bir üstünlüyüdür.

“Azercell Biznes”in təqdim etdiyi “Müştəri Təcrübəsinin İdarə Edilməsi Platforması” bizneslərə rəqəmsal xidmət səviyyəsini yüksəltmək və müştəri məmnuniyyətini artırmaq üçün yeni imkanlar açır.

Ətraflı məlumat üçün: Müştəri əlaqələrini bütün kanallarda gücləndirin! | Məşhur tətbiqlər sərfəli abunəlik şərtlərilə

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar