Ru
16:51 / 25 Dekabr 2025

"Azercell" "Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş" sosial təşəbbüsünə start verdi - FOTO

"Azercell" "Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş" sosial təşəbbüsünə start verdi -  FOTO
Eye

Lider mobil operator Azercell cəmiyyətin ən həssas təbəqələrindən olan uşaqların inkişafına töhfə vermək məqsədilə “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” adlı yeni sosial təşəbbüsə başlayıb.

Bakupost.az xəbər verir ki, proqramın əsas məqsədi xüsusi qayğı və dəstək mühitində böyüyən uşaqların sosial bacarıqlarının inkişafına dəstək göstərmək və onların cəmiyyətə daha asan inteqrasiyasına şərait yaratmaqdır.

Layihənin icrasına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 1 saylı Uşaq Evi sosial xidmət müəssisəsində başlanılıb. Proqram çərçivəsində artıq iki təlim və maarifləndirici sessiya təşkil olunub. Bu sessiyalar uşaqların hərtərəfli inkişafını hədəfləyərək sosial bacarıqların formalaşdırılması, özünüifadə, yaradıcı düşüncənin təşviqi, həyat tərzi vərdişlərinin aşılanması, həmçinin rəqəmsal savadlılıq və təhlükəsizlik mövzularını əhatə edir.

Təlimlər Çikaqo Universitetinin layihə koordinatoru, gənclərin inkişafı üzrə təlimçi Gülsüm Məmmədova, eləcə də "Azercell"in müvafiq sahə üzrə ekspertləri tərəfindən həyata keçirilib.

Qeyd edək ki, “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünün mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.


"Azercell" "Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş" sosial təşəbbüsünə start verdi -  FOTO
"Azercell" "Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş" sosial təşəbbüsünə start verdi -  FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar