Ru
13:00 / 13 Aprel 2026

"Azercell"dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!

"Azercell"dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
Eye

"Azercell Telekom” MMC yeni kampaniya çərçivəsində müştərilərinə sərfəli şərtlərlə yüksək sürətli mobil internetə çıxış imkanı yaradır. Kampaniya daxilində təqdim olunan üç fərqli internet tarifindən birini seçən abunəçilər “MiFi” və ya “Wi-Fi” cihazını fakturalı nömrə ilə birlikdə hədiyyə olaraq əldə edirlər.

Bakupost.az xəbər verir ki, təklifə əsasən, istifadəçilər aylıq 39 AZN qarşılığında 60 GB, 49 AZN qarşılığında 100 GB, 59 AZN qarşılığında isə 200 GB həcmində internet paketindən yararlana bilərlər.

Müasir dizayn və funksionallığı ilə seçilən “MiFi” və “Wi-Fi” cihazları istifadəçilərə istənilən məkanda stabil və fasiləsiz internet bağlantısı təqdim edir. Cihazlar eyni anda 32-yə qədər istifadəçinin şəbəkəyə qoşulmasını dəstəkləyərək həm fərdi, həm də komanda istifadəsi üçün optimal həll yaradır.

Kampaniya çərçivəsində cihazlar illik müqavilə əsasında tamamilə pulsuz təqdim olunur. Təklifdən yararlanmaq üçün seçilmiş internet paketindən minimum 12 ay müddətində istifadə edilməsi nəzərdə tutulur.

Yeni kampaniyadan yararlanmaq üçün Azercell satış və xidmət mərkəzlərinə müraciət etmək kifayətdir.

Ətraflı məlumat üçün: https://www.azercell.com/az/personal/campaigns/special-offers/istenilen-vaxt-ve-istediyin-yerde-onlayn-ol.html



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar