Ru
17:35 / 21 Oktyabr 2019

"Azercell"in "Kabinetim" mobil tətbiqi yeniləndi

1791
Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom” MMC “Kabinetim” mobil tətbiqinin funksionallığını artırdı.

Şirkətdən BakuPost.az-a verilən məlumata görə, digər imkanlarla yanaşı istifadəçilər artıq sadələşdirilmiş giriş təcrübəsindən yararlana, onlayn çat vasitəsilə Azercell müştəri xidmətlərinə müraciət edə, tariflərin kataloqunu nəzərdən keçirə, tarif paketlərini asanlıqla aktiv edə və QR skan ilə xidmətlərə qoşula biləcəklər.

Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən “Kabinetim” tətbiqi istifadəçilərə ən yaxşı müştəri təcrübəsi bəxş etmək məqsədilə işlənib hazırlanıb. Həm “iOS”, həm də “Android” əməliyyat sistemlərini dəstəkləyən yenilənmiş tətbiqi ödənişsiz olaraq, “Playstore” və “Appstore”dan yükləmək mümkündür. Tətbiq avtomatik yenilənmədiyi halda, yükləmə üçün bit.ly/Kabinetim keçidindən istifadə edilməlidir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər