Ru
19:53 / 17 Oktyabr 2025

“Azpulmat” əməkdaşı müştərini təhqir etdi: “Adamın mənliyi olar” – FOTO

“Azpulmat” əməkdaşı müştərini təhqir etdi: “Adamın mənliyi olar” – FOTO
Eye

"Azpulmat" bank olmayan kredit təşkilatının əməkdaşı borcu ödməyən müştərini təhqir edib.

Bakupost.az xəbər verir ki, bununla bağlı Bakues.az-a şikayət məktubu daxil olub.

Şikayətçi Məmmədli Ramiz Azər oğlu bildirib ki, sözügedən kredit təşkilatı borc ödənilmədiyi üçün müştərini məhkəməyə verib və bununla bağlı qarşı tərəfə məlumat verib. Təşkilat əməkdaşı daha sonra şəxsin axtarışa verildiyini qeyd edərək, vəsaitin ödənməsini tələb edib. Lakin bu tələb formasında müştərinin şəxsiyyəti alçaldılıb.

Qeyd edək ki, Azərbaycanda banklardan kredit götürə bilməyən şəxslərin üz tutduqları maliyyə strukturlarından biri də "Azpulmat" bank olmayan kredit təşkilatıdır.

Lakin son zamanlar bu bank olmayan kredit təşkilatı ilə bağlı şikayətlər bitmir. Şikayətçilər əsasən əməkdaşların müştərilərlə kobud rəftar etdiyini və müştəri məmnuniyyətinə əməl etmədiklərini vurğulayırlar.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar