Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov canlı yayımda sualları cavablandıracaq.
"BakuPost"un məlumatına görə, son günlər sosial şəbəkələrdə AzTV ilə bağlı müxtəlif mövzularda ittihamlar səsləndirilir. Ancaq hələ ki, bu ittihamlara əsaslı cavablar verilməyib. Buna görə də ehtimal edilir ki, sədr R.Məmmədov ittihamlara canlı yayım vasitəsilə özü cavab vermək qərarına gəlib.
Mətbuat konfransın 25 dekabrda baş tutacağı planlaşdırılıb.