Ru
08:12 / 04 İyul 2020

Bakı metrosu bağlandı - İyulun 20-dək

Bakı metrosu bağlandı   - İyulun 20-dək
Eye

Bu gündən Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

Bu Nazirlər Kabinetinin sərtləşdirilmiş karantin rejiminin uzadılması barədə qərarında əksini tapıb.

Qərara əsasən, metro fəaliyyətini 2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək davam etdirməyəcək.

Virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.

Adıçəkilən rayonlar və şəhərlərdə həftəsonu ictimai nəqliyyat da işləməyəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar