“Bakı Metropoliteni” QSC 300-dək yeni vaqon almağa hazırlaşır.
Bakupost.az xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin sədri Vüsal Aslanov ilə “Stadler Rail Group” şirkətinin İdarə Heyətinin sədri Peter Şpuler arasında keçirilən görüşdə müzakirə aparılıb.
Layihənin Beynəlxalq Maliyyə İnstitutlarının dəstəyi ilə həyata keçirilməsinin məqsədəuyğun olduğu vurğulanıb.
Bununla yanaşı, hərəkətin idarə olunması üçün müasir işarəvermə sistemlərinin (CBTC) Bakı metrosunda yaradacağı müsbət təsirlər ətrafında fikir mübadiləsi aparılıb və bildirilib ki, cari ilin sonunda bu istiqamətdə tenderin elan olunması, prosesin isə 2028–2030-cu illəri əhatə etməsi planlaşdırılır.