Ru
21:07 / 21 Aprel 2026

Bakı metrosunda daha bir İNSİDENT: Sərnişin həlak oldu

Bakı metrosunda daha bir İNSİDENT:  Sərnişin həlak oldu
Eye

“İçərişəhər-Əhmədli” istiqamətində qatarların hərəkəti bərpa edilib.


Bu barədə “Bakı Metropoliteni” QSC-nin məlumatında bildirilir.

***

20:43

Bu gün saat 20:20 radələrində “28 May” stansiyasında sərnişin qatar yoluna düşüb.



Bakupost.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin məlumatında bildirilir.

Qeyd olunur ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.

İlkin məlumata əsasən, həkimlərin səyinə baxmayaraq, sərnişinin həyatını xilas etmək olmayıb.

Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və "Nərimanov" stansiyasından elektrik deposuna göndərilib.

Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar