Ru
19:52 / 21 Aprel 2026

Bu marşrut üzrə bütün avtobuslar yenilənir

Bu marşrut üzrə bütün avtobuslar yenilənir
Eye

53 nömrəli şəhərdaxili marşrut üzrə bütün avtobuslar yenilənir.


Bu barədə Bakupost.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Aprelin 22-dən marşrut üzrə 10 müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobus sərnişinlərin xidmətində olacaq.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.

Xatırladaq ki, marşrut xəttində avtobusların bir qismi ötən ilin noyabrında yenilənib. Daşıyıcı tərəfindən yeni avtobuslar gətirilərək xəttə əlavə olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar