Ru
20:30 / 21 Aprel 2026

Zelenski: "Ukrayna "Drujba" neft kəmərinin təmir işlərini başa çatdırıb"

Zelenski: "Ukrayna "Drujba" neft kəmərinin təmir işlərini başa çatdırıb"
Eye

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hücumları nəticəsində zədələnmiş "Drujba" neft kəmərinin təmir olunduğunu və onun yenidən fəaliyyətə başlaya biləcəyini açıqlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə dövlət başçısı məlumat yayıb.

"Ukraynalı mütəxəssislər boru kəməri sistemində və avadanlıqlarda təmir işlərini tamamlayıblar. Neft kəməri artıq fəaliyyətini bərpa edə bilər", - deyə prezident vurğulayıb.

Bununla belə, Zelenski xəbərdarlıq edib ki, hazırda heç kim Rusiyanın kəmər infrastrukturuna yenidən zərbə endirməyəcəyinə zəmanət verə bilməz. O, həmçinin bildirib ki, Ukrayna bu addımı Avropa Şurası tərəfindən təsdiqlənmiş dəstək paketinin blokdan çıxarılması ilə əlaqələndirir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar