ABŞ Prezidenti Donald Tramp İran hakimiyyətinə müraciət edərək ölüm cəzasına məhkum edilmiş 8 iranlı qadının azadlığa buraxılmasını istəyib.
Bakupost.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında paylaşım edərək, məsələnin yaxın günlərdə keçiriləcək diplomatik danışıqlar fonunda mühüm əhəmiyyət daşıdığını bildirib.
Onun sözlərinə görə, belə bir addım tərəflər arasında etimadın bərpasına töhfə verə bilər.
ABŞ lideri İran rəhbərliyinə səslənərək qadınlara qarşı humanist yanaşma nümayiş etdirməyə çağırıb və onların azad edilməsinin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacağını qeyd edib.
Tramp həmçinin paylaşımında həmin qadınların fotolarını da yerləşdirib və məsələni “danışıqlar üçün müsbət başlanğıc” kimi qiymətləndirib.
Qeyd olunur ki, bu çağırış ABŞ və İran nümayəndə heyətlərinin İslamabadda gözlənilən görüşləri ərəfəsində edilib. İran tərəfinin məsələyə reaksiyası hələlik açıqlanmayıb.