Ru
19:05 / 21 Aprel 2026

İsrail türk ölkəsindəki bu olayı kəskin qınadı

İsrail türk ölkəsindəki bu olayı kəskin qınadı
Eye

İsrailin Qazaxıstandakı səfirliyi, eyni zamanda Qırğızıstandakı diplomatik nümayəndəliyi Oş şəhərində oteldə antisemit yazını pisləyən bəyanat yayıb.

Bakupost.az xəbər verir ki, bu barədə səfirliyin Feysbuk səhifəsində məlumat yayılıb.

"İsrailin Qazaxıstan və Qırğızıstan səfirliyi Oş şəhərindəki bir oteldə açıq antisemit və təhqiramiz ifadənin yer aldığı lövhənin görünməsini qətiyyətlə pisləyir", - deyə bildirilib.

Diplomatik missiya hesab edir ki, bu cür ifadələr qəbuledilməzdir və hörmət, bərabərlik və insan ləyaqətinin fundamental prinsiplərinə ziddir.

Qeyd edək ki, Qırğızıstanın Oş şəhərindəki bir oteldə “Yəhudilərə və heyvanlara giriş qadağandır” yazısı olan lövhə asılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar