Ru
18:39 / 21 Aprel 2026

Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı - TƏLƏB

Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı -  TƏLƏB
Eye

Bu gün Daxili İşlər Nazirliyində onlayn formatda Kollegiya iclası keçirilib.


Bakupost.az xəbər verir ki, iclasda çıxış edən nazir general-polkovnik Vilayət Eyvazov gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu vurğulayıb.

V.Eyvazov bəzi ərazi orqanlarının fəaliyyətində müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edərək, onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi üçün profilaktik işin gücləndirilməsini, onların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması məqsədilə aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə birgə maarifləndirmə tədbirlərinin daha məqsədyönlü davam etdirilməsini tələb edib.

Eyni zamanda, nazir əməliyyat-xidməti fəaliyyətin bir sıra vacib istiqamətləri və aktual məsələləri üzrə konkret tapşırıq və tövsiyələrini verib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar