Ru
23:15 / 02 Sentyabr 2025

Bakı metrosunda gediş haqqının artdığını deyən SAXTA SƏHİFƏ yaradıldı, qurum HƏRƏKƏTƏ KEÇDİ

Bakı metrosunda gediş haqqının artdığını deyən SAXTA SƏHİFƏ yaradıldı, qurum HƏRƏKƏTƏ KEÇDİ
Eye

Son günlər "TikTok" sosial şəbəkəsində "Bakı Metropoliteni" QSC-nin adı ilə fəaliyyət göstərən səhifə cəmiyyətdə narahatlıq yaratmağa başlayıb. Sözügedən səhifə metroda qiymət artımı və digər önəmli mövzular barədə paylaşımlar edərək ictimaiyyətdə çaşqınlıq yaradır, səhifəni idarə edən şəxs isə profili "rəsmi hesab" kimi təqdim edir.

Bakupost.az xəbər verir ki, Oxu.Az-ın "Bakı Metropoliteni" QSC-yə ünvanladığı sorğuya cavab olaraq həmin səhifə saxta olduğu bildirilib.

"Bu səhifənin "Bakı Metropoliteni" QSC-yə heç bir aidiyyəti yoxdur. Vətəndaşlar ancaq "Facebook", "Instagram", "Linkedin" və "X" platformalarındakı rəsmi səhifələrimizi izləyərək məlumat ala bilərlər.

Sözügedən səhifənin bağlanması istiqamətində işlər görürük", - açıqlamada deyilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar