Ru
14:49 / 01 Noyabr 2025

Bakı metrosunda ödənişlə bağlı MÜHÜM YENİLİK

Bakı metrosunda ödənişlə bağlı MÜHÜM YENİLİK
Eye

Bakı metrosunda NFC ödənişlərə başlanılıb.

Bakupost.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib. Qeyd edilib ki, artıq metrodan keçid zamanı NFC dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” ilə ödəniş etmə imkanı yaradılıb.

"Yenilik hazırda Bənövşəyi xəttin bütün stansiyalarında (“Xocəsən”, “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sınaq mərhələsindədir və tezliklə bütün xətlər üzrə aktiv olacaq. Sınaq mərhələsində texniki çətinlik yaranarsa, “BakıKart” və ya digər ödəniş üsullarından yararlana bilərsiniz"- açıqlamada deyilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar