Ru
16:52 / 01 Noyabr 2025

Dünyanı şoka salan vəhşilik: 3 günə 4 min ölü...

Dünyanı şoka salan vəhşilik: 3 günə 4 min ölü...
Eye

Sudan ordusuna qarşı döyüşən Çevik Dəstək Qüvvələrinin (RSF) son bir neçə gündə Əl-Fəşirdə kütləvi edamları və diri-diri yandırılması dünyanı şoka salıb.

Bakupost.az Ölkə.az-a istinadla xəbər verir ki, Sudan ordusu ilə üsyançı RSF yaraqlıları arasında qarşıdurmalar Darfurun cənub-qərbində davam edir, ordu paytaxt Xartum, Port Sudan və Vad Mədəni kimi ərazilərə nəzarəti təmin edir. Cancavid yaraqlıları ilə birlikdə Çaddan və Liviyadan qiyamçı general Xəlifə Haftar tərəfindən göndərilən xarici silahlılardan ibarət RSF ələ keçirdikləri Darfurun paytaxtı Əl-Fəşirdə kütləvi qətliamlar törədir, insanları diri-diri yandırırlar.
Üç gün ərzində RSF yaraqlıları tərəfindən öldürülən mülki şəxslərin sayı 4 mini ötüb, mühasirə zamanı ölənlərin ümumi sayının isə 18 minə çatdığı bildirilir. Bu qırğınların arxasında yatan motiv Sudanın sərvətlərinin talan edilməsidir.

Bu kütləvi qrığınların arxasında Afrikada güc qazanmağa çalışan və xüsusilə Sudanın “Qızıl ölkəsi” kimi tanınan xam qızıl ehtiyatlarına nəzarət etmək istəyən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dayandığı güman edilir. Sudanın təxmin edilən qızıl ehtiyatları 535 ton, potensialının isə 1100 tona çatacağı təxmin edilir ki, bu da ölkəni Afrikada üçüncü ən böyük qızıl istehsalçısı edir. Sudan rəsmiləri iddia edir ki, 17 müxtəlif millətdən olan silahlıları qəbul edən RSF BƏƏ-nin maliyyəsi ilə Rusiyanın maliyyələşdirdiyi “Vaqner” tərəfindən təlim keçib. 2025-ci ildə Sudandan BƏƏ-yə 8 ton qızılın ötürüldüyü bildirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar