Ru
09:37 / 04 Oktyabr 2025

DİN-dən Bakıda qəza zamanı 3 nəfərin ölməsi barədə RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

DİN-dən Bakıda qəza zamanı 3 nəfərin ölməsi barədə RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
Eye

Bakıda yol qəzasında üç nəfərin ölməsi, 7 nəfərin xəsarət alması ilə bağlı yayılan məlumatlar yanlışdır.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilib ki, əslində bu gün saat 21:30 radələrində paytaxtın Səbail rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Belə ki, "Hyundai" markalı, 77-UM-421 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "Opel" markalı 50-EE-287 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Faktla bağlı araşdırma aparılır.

***

03.10.2025-ci il tarixində saat 21:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

Bu barədə Bakupost.az-a TƏBİB-dən bildirilib.

"Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfərə (2-si kişi, 1-i qadın cinsli) ilkin tibbi yardım göstərilib və müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub", - deyə məlumatda qeyd olunur.

***

23:24

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Bakupost.az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə Bakı-Salyan şosesinin Səbail rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Su İdman Kompleksinin qarşısında üç nəqliyyat vasitəsi toqquşub. Yaralananların olduğu bildirilir.

Yaralılar xəstəxanaya çatdırılıb.


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar