Bakının Suraxanı rayonunda yol kənarında park edilmiş avtomobilə hücum edən 1992-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən müəyyən edilərək polis şöbəsinə dəvət olunub.
"Bakupost" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib.
"Onunla profilaktik-izahedici söhbət aparılıb, hərəkətlərinə hüquqi qiymət verilərək barəsində qanunvericiliyə uyğun inzibati protokol tərtib edilib. Qeyd edək ki, qadının hərəkətləri ilə bağlı həyat yoldaşı tərəfindən polis orqanına hər hansı şikayət daxil olmayıb. Vətəndaşların ictimai qaydalara və qanunvericiliyin tələblərinə riayət etmələri, xüsusilə ailə-məişət münasibətlərində qarşı tərəfin hüquq və qanuni mənafelərinə hörmətlə yanaşmaları tövsiyə olunur", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı "Bakupost" saytı yayıb.
Lalə