Ru
21:41 / 08 Yanvar 2019

Bakıda balıqsatan McDonalds-ın üstünə çıxıb, özünü atmaq istədi - VİDEO+YENİLƏNİB

Bakıda balıqsatan McDonalds-ın üstünə çıxıb, özünü atmaq istədi -  VİDEO+YENİLƏNİB
Eye




Bakıda intihara cəhd hadisəsi qeydə alınıb.



BakuPost xəbər verir ki, hadisə Nizami rayonu, Neftçilər metrosu çıxışında baş verib. Belə ki, bu dəqiqələrdə hələlik şəxsiyyəti bilinməyən gənc oğlan McDonalds-ın üstünə çıxaraq özünü atmaq istəyir.



Aidiyyəti qurumlar hadisə yerinə cəlb olunub.

 

***

Müsavat yazır ki, tanıyanların Mosu deyə xitab etdiyi şəxs qeyd olunan ərazidə balıq ticarəti ilə məşğul olur və içkili olması şübhəsi var. Onun hansısa tələbləri haqda məlumat yoxdur.



Mosu davamlı və rabitəsiz söyüş söyür. Polis onu binanın damından endirmək üçün dilə tutur. Lakin Mosu ləqəbli şəxs bildirir ki, onun balıq satışına mane olan "polka" götürülməsə, binadan aşağı enməyəcək.



Mosu "Vosmoy" bazarında işləyir. O, bir dəfə də intihar etmək üçün "Lotos" ticarət mərkəzinin üstünə çıxıbmış.



Danışıqlardan sonra Mosunu damdan endirmək mümkün olub. Onu, polis maşınına mindirərək, polis bölməsinə aparıblar. 



Bakıda balıqsatan McDonalds-ın üstünə çıxıb, özünü atmaq istədi -  VİDEO+YENİLƏNİB
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar