Ru
11:33 / 11 Avqust 2025

Bakıda “KamAZ” sürücüsü həbs edildi - SƏBƏBİ- VİDEO

Bakıda “KamAZ” sürücüsü həbs edildi -  SƏBƏBİ- VİDEO
Eye

Bakı-Quba yolunda hərəkət iştirakçıları üçün real təhlükə yaradaraq təhlükəli manevrlər edən “Kamaz” markalı, 10-LK-628 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Kamilov Şöhrət Gülmirzə oğlu həbs edilib.

Bakupost.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Belə ki, sürücü stasionar postda xidmət aparan YPX əməkdaşlarının “saxla” tələbinə qəsdən əməl etməyərək hərəkətini davam etdirib.

Bildirilib ki, Yol Patrul Xidməti əməkdaşlarının operativ tədbirləri ilə nəqliyyat vasitəsi saxlanılıb.Yoxlama zamanı sürücünün həmçinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşdığı müəyyən edilmişdir.

Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilmiş və məhkəmə qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar