Ru
10:28 / 06 İyul 2026

Bakıda kişi gəlinini narahat edən şəxsin üzərindən avtomobillə keçdi

Bakıda kişi gəlinini narahat edən şəxsin üzərindən  avtomobillə keçdi
Eye

Bakının Qaradağ rayonunda qətl hadisəsi baş verib.

"Bakupost" "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Qobustan qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, qəsəbə sakini, 1981-ci il təvəllüdlü Asif Nağıyev idarə etdiyi BMW markalı avtomobillə həmyerlisi, 1983-cü il təvəllüdlü Azər Şahmuradovu qəsdən vurub. Daha sonra o, avtomobillə bir neçə dəfə zərərçəkənin üzərindən keçib.

Nəticədə Azər Şahmuradov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Asif Nağıyev müəyyən edilərək saxlanılıb.

Qəsəbə sakinlərinin bildirdiyinə görə, hadisəyə Azər Şahmuradovun Asif Nağıyevin oğlunun həyat yoldaşını narahat etməsinin səbəb olduğu iddia edilir. Rəsmi qurumlar bu məlumatı hələlik təsdiqləməyib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar