Bu gün saat 19:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu, D.Əliyeva və R.Behbudov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub.
Bakupost.az xəbər verir ki, bu barədə TƏBİB-in Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, çağırış əsasında təcili tibbi yardım briqadası ünvana yönləndirilib.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi polis kapitanı Toğrul Nəsirlinin verdiyi məlumatda isə bildirilir ki, sözügedən ərazidə hərəkət edən “Mersedes” markalı avtomobilin hərəkətdə olan skuteri vurması nəticəsində skuter sürücüsü azyaşlı Ülviyyə Əhmədova hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb.