Ru
17:27 / 20 Fevral 2026

Bakıda mağazaya basqın edən qadınlar saxlanıldı

Bakıda mağazaya basqın edən qadınlar saxlanıldı
Eye

Fevralın 20-də Bakının Keşlə qəsəbəsində mağazaya basqın edən qadınlar saxlanılıblar.


Bakupost.az xəbər verir ki, məlumata görə, onlar bir qədər əvvəl ələ keçirilib.


DİN şübhəlilərin dilənçi və tufeyli həyat sürən şəxslər olduğunu açıqlayıb

***

15:50

Fevralın 20-də günorta saatlarına Bakının Keşlə qəsəbəsində soyğun hadisəsi baş verib.


5-6 qadın qara çadrada, üzlərində niqab Keşlə məscidinin yaxınlığındakı “Al Market” şəbəkəsinə məxsus mağazaya giriblər. Onlar əllərində bıçaq, ülgüc tutaraq kassada işləyən əməkdaşları hədələyib, oradakı pulu götürüblər.

Hadisə şahidlərinin saytımıza verdiyi məlumata görə, soyğunçular Azərbaycan dilində danışıblar, həmçinin aralarında başa düşülməyən başqa dildə də söhbət ediblər. Hadisə şahidləri onu da bildirib ki, marketə basqın edən qadınlar əllərinə pipetli əşya olub, ordan öz ağızlarına maye fısqırdırmışlar.

Bütün soyğun prosesi marketin müşahidə kameraları tərəfindən qeyd edilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar