Türkiyədə məşhurlara qarşı keçirilən narkotik əməliyyatında saxlanılan aktyor İsmayıl Hacıoğlu və keçmiş boksçu Adəm Kılıçcının ifadələri açıqlanıb.
Bakupost.az Türkiyə mediasına istinadla xəbər verir ki, İ.Hacıoğlu polisə verdiyi ifadəsində narkotikdən “maraq və stress səbəbilə” istifadə etdiyini etiraf edib və peşman olduğunu bildirib.
"Narkotik maddəni ilk dəfə Hollandiyada olarkən maraqlı gəldiyi üçün yoxladım. Daha sonra zaman-zaman istifadə etməyə davam etdim. Tanınmış bir şəxs olduğum üçün heç kimlə üz-üzə gəlmədim. Sosial media vasitəsilə əlaqə saxladığım şəxslərə pulu poçt qutusuna qoyaraq narkotik alırdım. Aktyorluğun gətirdiyi güclü stress və rahatlama arzusuna görə bu maddəyə yönəldim. Peşmanam", - o deyib.
O, ifadəsindən sonra sərbəst buraxılıb.
Bundan başqa, A.Kılıçcı isə qardaşının vəfatının yaratdığı sarsıntı səbəbi ilə sadəcə 1 dəfə istifadə etdiyini vurğulayıb.