Ru
17:01 / 20 Fevral 2026

Rusiyanın ixracında Azərbaycan ilk beşlikdə – Ölkənin özündə satışlar düşüb

Rusiyanın ixracında Azərbaycan ilk beşlikdə – Ölkənin özündə satışlar düşüb
Eye

Rusiyada populyarlığını itirən kartof çipsiləri xarici bazarlarda, o cümlədən Azərbaycanda rekord göstəricilərlə satılmağa başlayıb.

Bakupost.az “Vedomosti”yə istinadən xəbər verir ki, “Aqroeksport” mərkəzinin yaydığı məlumata görə, 2025-ci ildə Rusiyanın çipsi ixracı 56 min ton və ya 248 milyon dollarla tarixi maksimuma çatıb.

İxracın həcmi 23% artıb, son beş ildə isə ümumi dəyər 2,6 dəfə yüksəlib. Bu artım fonunda Azərbaycan Rusiyanın əsas idxalçıları sırasında ön sıralarda yer alır.

Məlumatlara görə, 2025-ci ildə – Belarusa 103 milyon, Qazaxıstana 75 milyon, Özbəkistana 21 milyon, Azərbaycana 13 milyon, Qırğızıstana – 9 milyon dollarlıq çipsi ixrac olunub.

Xarici bazarlarda, xüsusilə MDB ölkələrində tələbat sürətlə artır. Ekspertlər bunu aşağı maya dəyəri, logistik yaxınlıq, transmilli şirkətlərin əvvəlcədən qurduğu istehsal zəncirləri ilə izah edir.

Paradoksal vəziyyət ondadır ki, Rusiyanın özündə çipsi satışları azalır. “NTech”in məlumatına görə, satışlar 1%, “Nielsen” agentliyinə görə isə 3,1% geriləyib. Artım yalnız qiymətlərin yüksəlməsi hesabına qeydə alınıb.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar