Ru
09:36 / 13 May 2026

Bakının altında gizlədilən təhlükə: daha biri üzə çıxdı

Bakının altında gizlədilən təhlükə: daha biri üzə çıxdı
Eye

Son zamanlar Azərbaycan yollarında tez-tez çökmə və sürüşmə halları qeydə alınır. Xüsusilə paytaxt ərazisində yolların çökməsi daha çox müşahidə olunur. Bir çox ekspertlər bunu tikinti zamanı keyfiyyət standartlarına tam əməl olunmaması ilə əlaqələndirir.

Yolların çökməsinə səbəb nədir?

Bakupost.az xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı yol infrastrukturunda ən kiçik detal belə nəzərə alınmalı olduğunu bildirib.

“Haradasa bir boşluq buraxıldıqda fəsadları dərhal deyil, aylar, hətta illər sonra üzə çıxır. Əslində, ölkədə yol infrastrukturu qurularkən uzunmüddətli perspektiv əsas götürülür. Məsələn, 10, 15, 20, hətta 30 il. Amma görürük ki, ən yaxşı yollarımız belə 10 ildən çox dayanmır, 5-7 ildən sonra dağılmağa başlayır. Məsələn, paytaxtın əsas yollarından olan Heydər Əliyev prospektinin bəzi hissələrində avtomobillə hərəkət edərkən yolun nahamar olduğu hiss edilir. Hazırda həmin ərazilərdə yenidən qazıntı və yamaq işləri aparılır. Beləliklə, prospekt yamaqlı yola çevrilib. Bu hal dünyanın bir çox ölkəsində müşahidə olunsa da, bizdə problem daha qabarıqdır”.

Ekspert qeyd edib ki, yağış, zəlzələ və sürüşmə kimi təbii hadisələr yolların sıradan çıxmasına səbəb ola bilər, lakin Azərbaycanda daha kiçik səbəblərdən belə yolların çökməsi müşahidə edilir:

“Xüsusilə paytaxtda işləri tez başa çatdırmaq üçün çox vaxt formal və keyfiyyətsiz yanaşma sərgilənir. Təəssüf ki, həm bəzi rayon icra hakimiyyətlərində, həm də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) bu yanaşma ilə rastlaşırıq. Ümumiyyətlə, yol tikintisi ilə məşğul olan bir çox qurumlarda vəziyyət oxşardır. Səbəb isə sadədir: bu sahədə illərdir böyük vəsaitlər dövr edir. Vaxtilə yol idarəsinin işçiləri bu sahədən gəlir əldə ediblər. Yola ayrılan vəsaitlər mənimsənilib, asfalt satılıb, öz bağlarına gedən yolu, qohumların, dostların yollarını düzəldiblər. Nəticədə belə vəziyyət yaranıb. Yol təsərrüfatına ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməməsi və keyfiyyətsiz işlərin görülməsi bu gün belə problemlərin yaranmasına gətirib çıxarıb”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar