Ru
16:11 / 04 İyul 2025

Bakının ortasında kanalizasiya “fəlakəti”- Qurumdan AÇIQLAMA

Bakının ortasında kanalizasiya “fəlakəti”- Qurumdan AÇIQLAMA
Eye

Binəqədi qəsəbəsinin II Mədən küçəsində yerləşən 90-cı korpusun qarşısında çirkab suları küçəyə axır.

Bakupost.az bildirir ki, sakinlərin sözlərinə görə bu vəziyyət uzun müddətdir davam edir və əsas səbəb kanalizasiya sisteminin köhnəlməsidir. Köhnə və istismar müddətini tamamlamış borular artıq ərazidəki yükü daşıya bilmir. Nəticədə kanalizasiya suları tez-tez küçəyə axır, həm antisanitariya yaradır, həm də ətrafda pis qoxu yayılır.

Sakinlər bildirib ki, kanalizasiya demək olar hər gün daşır, hər gün də müvafiq qurumun əməkdaşları gəlib tutulmuş borunu açmağa çalışırlar.

Bəs görəsən bu ərazidə daha müasir kanalizasiya xətti nə zaman çəkiləcək?

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Milli.az"a bildirilib ki, həmin məsələ ilə bağlı məlumat müvafiq rayon sukanal idarəsinə verilib. Gün ərzində problem aradan qaldırılacaq.

Qeyd edək ki, hazırda Binəqədi şosesində kanalizasiya xətti qurulur, lakin, bu yeni tikilən yaşayış binası üçün nəzərdə tutulub.



Şərhlər
  • N/n. mühəndisi

    Sovet-məslək nədir? Beş-on milyonun hər vacib işə qəti mövqeyini istəsək asandır! Yoxsa, biri zərif, digər zorba, biri yaxın-dar, digəri enli-uzaq istər? SSRİni bəzi Kremllilər, buraxmazdan hesabatsız hərc-mərcliyə əmindilər. Elə o səbəbdən ilkən *suverən* təxribatına uyanların işğalına başlanmadımı ki, bunlar da nə dəqiq-hesab heç məsləhət-konsensus da olmayacaq!? Hələ AzSSR dövründə Bakı ilə bütöv Abşeron (yarımada) kiçik mühəndis-texniki Hökuməti vacibliyi Kremlə qədər qaldırılmışdı? Kimlər təpə qurub ki, aşağıya buraxsınlar, KİMlərsə normal-təmiz massivlər(Gülüstanlar?) əvəzinə *ucuzca* daimi zülmlü (Biləcəri, Binəqədi yolu, Böyük şor) bataqlıqları təklif ediblər!? Kanalizasiya-zibil axıntısı ucqar aralı hər təpədə bir ev kimi-*əşi sonucu-hamısı bir-təhər dənizə axacaq* tezisinə hesablanıb? Nə texniki hesabat, heç institutlar, hökumət hər ÖZƏL-başlı kəs puluna baxar-mükəmməl ev də tikər, sonra onun altından kanaliz, ya neft-qaz borusunu çıxartdırıb, əvəzinə paslanmazdan tər-süd borusu da, hara istəsən yolda çəkdirər!? Belə ölçü-biçili ardıcıl-pilləli ölçü-biçili *səmərəli*mi, *sərfəli*mi layihələrimiz dünyaya çıxacaq qədər saysızdırlar* AzSSRdən rekord qədər (iki fontan) çox xam neft xaricə axır, emalımız isə 70ci illər tərkibində, avro benzininə də ehtiyac edir? Kimya emalı sənayesinə sanki, ehtiyac da qalmır?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar