İngiltərəli mütəxəssislər tərəfindən aparılmış araşdırma nəticəsində bananın bir sıra faydaları ortaya çıxıb.
Bakupost.az xəbər verir ki, yetişməmiş yaşıl bananın xərçəng riskini 60 faiz azaltdığı müəyyən edilib.
Araşdırmanın nəticələrinə görə, nişasta bağırsaq xərçənginə qarşı təsirli olmasa da, bədənin digər hissələrində xərçəngə tutulma hallarını 60 faiz azaldıb.
Araşdırma 20 il ərzində Nyukasl və Lids universitetlərinin mütəxəssisləri tərəfindən aparılıb.
İştirakçılara yetişməmiş banan, yulaf, dənli bitkilər, makaron, düyü, noxud və lobyada olan nişasta növü verilib.
Linç sindromlu 1000 təcrübə iştirakçısı orta hesabla 2 il ərzində nişasta qəbul edib.
Nişastanın qida borusu, mədə, öd yolları, mədəaltı vəzi və onikibarmaq bağırsaq kimi yuxarı mədə-bağırsaq bölgəsindəki xərçəng növlərində xüsusilə təsirli olduğu aşkar edilib.
Mütəxəssislər qeyd edib ki, xəstələr nişastanı qəbul etməyi dayandırdıqdan 10 il sonra onun təsirləri müəyyən edilib.
Aynur
BakuPost