Ru
13:09 / 01 Oktyabr 2025

Baş direktorla müavininə ağır cəza istənildi - VİDEO

Baş direktorla müavininə ağır cəza istənildi - VİDEO
Eye

Respublika Narkoloji Mərkəzinin rüşvət ittihamı ilə mühakimə olunan baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyevin məhkəmə istintaqı tamamlanıb.

Bakupost.az qafqazinfo-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ittiham tərəfi yekun çıxış edib.

Prokuror müttəhimlərin ikisinin də külli miqdarda rüşvət almaqda təqsirli bilinmələrini, hərəsinin 10 il həbslə cəzalandırılmalarını tələb edib.

Hakim müdafiə çıxışına hazırlanmaları üçün vəkillərə vaxt verib.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublika Narkoloji Mərkəzində əməliyyat keçirib. Əməliyyat nəticəsində Mərkəzin baş direktoru və müavini həbs edilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar