Ru
14:43 / 01 Oktyabr 2025

Kolleclərə yeni təyinatlar

Kolleclərə yeni təyinatlar
Eye

Sabirabad Dövlət Sosial-İqtisadi Kolleci və Musiqi Kollecinə rəhbər təyinatları olub.

Bakupost.az xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Kamran Nəsirov Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin direktoru, Günel Qasımova isə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Qeyd edək ki, K. Nəsirov son təyinatına qədər Saatlı şəhər 4 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb. G. Qasımova isə Azərbaycan Milli Konservatoriyasında müəllim kimi fəaliyyət göstərib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar