Ru
14:58 / 01 Oktyabr 2025

Əfqanıstan əhalisi internet əldə etmək üçün sərhədə axın edir - VİDEO

Əfqanıstan əhalisi internet əldə etmək üçün sərhədə axın edir - VİDEO
Eye

Əfqanıstan əhalisi internet əldə etmək üçün Pakistan sərhədinə doğru axın edir.

Bakupost.az oxu.az-a istnadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Kadrlarda sakinlərin yolboyu maşından düşərək şəbəkə axtardıqları görünür.

Qeyd edək ki, "Taliban" "əxlaqsızlığın qarşısını almaq" məqsədilə bütün ölkədə internet rabitəsini ləğv edib. Bağlantının kəsilməsi aviasiya, bank, ticarət və media yayımı daxil olmaqla həyati əhəmiyyətli xidmətlərin fəaliyyətinə ciddi təsir göstərib.

Artıq Kabildə beynəlxalq hava limanı uçuşları dayandırıb. Aviaşirkətlər əlaqə imkanları olmadan uçuşları koordinasiya edə bilmədikləri üçün fəaliyyətlərini müvəqqəti dondurublar.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar