Ru
14:37 / 05 Sentyabr 2025

Baş nazir avtobuslarla bağlı qərar imzaladı

Baş nazir avtobuslarla bağlı qərar imzaladı
Eye

Azərbaycanda bəzi elektrik mühərriki ilə işləyən avtobuslar idxal gömrük rüsumundan azad edilib
Nazirlər Kabineti 22 aprel 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" qərarında dəyişiklik edib.

Bakupost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən, sənaye parklarının rezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədilə idxal olunan oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış yalnız elektrik mühərriki ilə işləyən avtobuslar idxal gömrük rüsumundan azad edilib.

Bu Qərar bu il avqustun 1-dən tətbiq edilir və 2027-ci il 1 yanvar tarixinədək qüvvədə olacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar