İspaniyanın Baş naziri Pedro Sançezin həyat yoldaşı Maria Beqona Qomez Fernandezə qarşı dörd ayrı korrupsiya ittihamı irəli sürülüb
Bakupost.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.
“İfrat sağçı “Hazte Oir Assosiasiyası” məhkəməyə müraciət edərək onun mühakimə olunmasını və 24 il həbs cəzasına məhkum edilməsini tələb edib. O, biznes sektorunda korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz varlanma və mənimsəmədə ittiham olunur. İddiaçılar məhkəmə orqanlarının xüsusi icazəsi olmadan onun İspaniya ərazisindən çıxmasının qadağan edilməsində israr edirlər.
Bütün ittihamları rədd edən Beqona Qomez Madrid Əyalət Məhkəməsinə müraciət edərək istintaqın bağlanmasını və ittihamların ləğv edilməsini istəyib. Baş nazir Sançez həmçinin ədalətə güvəndiyini bildirib və zamanın hər şeyi ortaya çıxaracağını vurğulayıb”, – məlumatda qeyd olunub.