Bakı metropolitenində baş verən texniki nasazlıq paytaxtda nəqliyyat sıxlığına səbəb olub.
Bakupost.az Trend-ə istinadla xəbər verir ki, metronun fəaliyyətində yaranan fasilə şəhərin digər ictimai nəqliyyat vasitələrinə də təsir edib.
Nəticədə əsas yol hərəkəti istiqamətlərində əlavə yüklənmə qeydə alınıb.
Xüsusilə “28 May” və “Elmlər Akademiyası” stansiyaları ətrafında sərnişin axınının artdığı bildirilir.