Ru
09:24 / 02 Noyabr 2017

Baş Prokurorluqdan “Qoca”nın tutulmasıyla bağlı açıqlama

Baş Prokurorluqdan “Qoca”nın tutulmasıyla bağlı açıqlama
Eye

Xəbər verdiyimiz kimi, oktyabrın 23-də Bakıya etap edilən zaman Biləcəri dəmiryol stansiyasında qaçan kriminal avtoritet "​Qoca” ləqəbli Etibar Məmmədov həbs edilib.



Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "Qafqazinfo”ya faktı təsdiqləyib. O bildirib ki, Etibar Məmmədovun saxlanılması və cinayət işinin istintaqı ilə bağlı gün ərzində rəsmi məlumat yayılacaq.



Qeyd edək ki,  bu gecə hüquq-mühafizə orqanlarının Qaradağ rayonu ərazisində həyata keçirdiyi əməliyyat zamanı "Qoca” ləqəbli Etibar Məmmədov həbs edilib. 



"Qoca” sağ ələ keçirilsə də, yanında olan şəxslərdən birinin öldürüldüyü deyilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar