Ali məktəblərdə tələbələrin ən çox yığışdığı məkanlardan biri də bufetlərdir. Azərbaycanın ən böyük ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin (BDU) hər korpusunda ayrıca bufet fəaliyyət göstərir. Tələbələr iddia edirlər ki, universitetin bufetində satılan qidaların keyfiyyəti ilə qiyməti adekvat deyil, bahadır. Bəzi qidalar isə ümumiyyətlə onların ürəyincə deyil.
Vakupost.az “Xezerxeber.az”a istinadən xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı yayılan görüntülərdə BDU-nun tələbəsi “sezar roll”un içərisində inqridentlərin tam daxil edilmədiyini, qiymətinin isə baha olduğunu iddia edir.
Görüntülərdəki iddialara aydınlıq gətirmək üçün televiziya əməkdaşları BDU-ya getdi. Əvvəlcə tələbələrlə görüşüldü. Kimi universitetinin bufetindən razı, kimi narazılığını bildirdi.
BDU-nun yeməkxanaları üzrə layihə rəhbəri Taleh Orucəliyev qeyd etdi ki, bufetlərin hər birində tələbələrin gündəlik qida rasionuna diqqət edilir və sanitar gigiyenik qaydalar əsas şərtlərdən biridir.
Sosial şəbəkələrdə yayılan videogörüntüdəki “sezar roll”a bağlı suala isə cavab verilmədi.
Bakupost.az.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.