Fransanın paytaxtı Parisdə bahalaşmaya qarşı keçirilən genişmiqyaslı etirazlar fonunda təhlükəsizlik tədbirləri gücləndirilib.
"Bakupost" xəbər verir ki, BFMTV-nin məlumatına görə, artıq 100-ə yaxın etirazçı CNews telekanalının baş qərargahına hücum edib.
Aksiya iştirakçıları binaya müxtəlif əşyalar atıb, pəncərələri sındırıbar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları 21 nəfəri saxlayıblar. Bundan əlavə, etirazlar öncəsi mağazaların vitrinləri taxtalarla bağlanıb.
Keçirilən etirazlar zamanı polis gözyaşardıcı qazdan da istifadə edib.