Ru
14:04 / 01 Sentyabr 2026

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - FOTO

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə  - FOTO
Eye

Qırğızıstanın birinci xanımı Aygül Japarova dörd ölkənin birinci xanımlarını qırğız mədəniyyəti ilə tanış edib.


Axar.az 24.kg-yə istinadla xəbər verir ki, Aygül Japarova ilə birlikdə Bişkekdə unikal əl işləri sərgisinə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Çinin birinci xanımı Pen Liyuan, Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Özbəkistanın birinci xanımı Ziroat Mirziyayeva baş çəkiblər.

Sərgidən sonra qonaqlar üçün konsert proqramı təşkil olunub. Uşaq yaradıcılıq kollektivlərinin ifasında musiqi əsərləri səsləndirilib.

Qeyd edək ki, müxtəlif ölkələrdən nümayəndə heyətləri ŞƏT-in iclası və Ümumdünya Köçəri Oyunları çərçivəsində Qırğızıstana səfər ediblər.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar