Ru
16:27 / 17 Sentyabr 2025

Beş yaşlı qız binadan yıxıldı - Vəziyyəti ağırdır

Beş yaşlı qız binadan yıxıldı - Vəziyyəti ağırdır
Eye

Naxçıvan şəhərində azyaşlı uşaq ehtiyatsızlıqdan eyvandan yıxılıb.

Bakupost.az bildirir ki, oxu.az-ın məlumatına görə, hadisə Naxçıvan şəhəri, 3-cü mikrorayon ərazisindəki yaşayış binasında baş verib.

Beşmərtəbəli binanın üçüncü mərtəbəsindəki mənzillərdən birində yaşayan 2020-ci il təvəllüdlü Xədicə Heydər qızı Rzayeva evin eyvanında oynayarkən ehtiyatsızlıqdan yerə yıxılıb.

Azyaşlı qız xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar