Ru
16:04 / 17 Sentyabr 2025

Qorxulu epidemiya yayılır - 1 aya 28 ölüm..

Qorxulu epidemiya yayılır - 1 aya 28 ölüm..
Eye

Konqo Demokratik Respublikasının Kasai vilayətində yeni Ebola epidemiyası elan edilib. Bu yoluxmaya ən təhlükəli növ olan Zair Ebola virusu səbəb olub.

Bakupost.az xəbər verir ki, epidemiya 20 avqustda xəstəxanaya aparılan və beş gün sonra vəfat edən 34 yaşlı hamilə qadınla başlayıb. Onu müalicə edən iki tibb işçisi də virusa yoluxub və həyatlarını itiriblər. 15 sentyabra qədər artıq 81 təsdiqlənmiş yoluxma halı və 4-ü tibb işçisi olmaqla 28 ölüm qeydə alınıb.

Konqo bu günə qədər 15 Ebola epidemiyası ilə üzləşib. Ən böyük epidemiya 2019-cu ildə, ən sonuncusu isə 2022-ci ildə baş verib.

Lakin genetik analiz göstərir ki, yeni epidemiya əvvəlki epidemiyaların davamı deyil və heyvandan insana yoluxma nəticəsində yaranıb.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar